TORF BATAQLIĞI

Torf qatı ilə (25-30 sm-dən çox) örtülən bataqlıq.
TOKSİK DUMAN
TORPAĞIN SU REJİMİ
OBASTAN VİKİ
Torf
Torf (ing. Peat) — göl yataqlarındakı su səviyyəsinin düşməsiylə, bitki fəaliyyətinin ön plana çıxması nəticəsində bitkinin ölümü və bu təbiət hadisəsinin təkrarlanması ilə bitki kök və gövdələrinin toplanması nəticəsində əmələ gələn orqanik torpaq növüdür. Alışan faydalı qazıntı kimi istifadə oluna bilər. Torf, həddindən artıq rütubətlilik və hava girişinin çətinləşməsi şəraitində, bataqlıq bitkilərinin təbii ölməsi və natamam çürüməsi prosesində meydana gəlir. Burada onlar torpaqda olduğu kimi tamamilə yox, yalnız qismən parçalanırlar, onların qalıqları ildən-ilə yığılır. Həddindən artıq rütubətin intensivliyi və torf əmələ gətirən prosesin inkişafı iqlim, geoloji, hidrogeoloji və geomorfoloji şəraitdən asılıdır. Qışda uzun müddət ərzində mənfi temperatur olması səbəbindən parçalanma sürətinin azaldığı mülayim, şimal və subarktik bölgələrdə torf yosunlardan, bitkilərdən, çalılardan və kiçik ağaclardan formalaşır. Rütubətli tropik ərazilərdə torf daim yüksək temperaturda tropik ağaclardan (yarpaqları, budaqları, gövdələri və kökləri) meydana gəlir. Xarici görünüşünə görə torf təbii vəziyyətdə tərkibinə və rənginə görə nisbətən həmcins olan müxtəlif çalarlarda qara və ya tünd qəhvəyi rəngə malikdir. Aşağı dərəcədə çürümə dərəcəsinda yaxşı saxlanılan bitki toxumaları ilə açıq sarı rəngli lifli bir kütləyə bənzəyir.
Kulbaş bataqlığı
Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq. == Coğrafiyası == Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır. === Flora === Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür. === Fauna === Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.
Olman bataqlığı
Olman bataqlığı (belar. Альманскія балоты) — Avropanın üst, keçid və alt formalı bataqlıq kompleksi. Müasir dövrə qədər öz ilkin formasını saxlamış bataqlığın ərazisində yasaqlıq yaradılmış. Olman bataqlığı ərazisində hərbi aviasiya poliqonu yerləşir. Massivin cənub-qərb hissəsi Ukrayna ərazisinə daxildir. O üzdən bataqlığın cənub sərhəddi dövlət sərhəddi zolağına uyğun gəlir. Bataqlıq ərazisində yerləşən yollar və hərbi postlar ümumi sahənin 1%-ni təşkil edir. Ümumi sahənin 40 % - i açıq sahəli bataqlıqdır. Bu ərazidə mamırlar və nadir halda ağcaqayınlar üstünlük təşkil edir. Bataqlığın mərkəzi hissəsində qumlu dyun və qum tirələri mövcuddur.
Pinski bataqlığı
Pinski bataqlığı və ya Priyatski bataqlığı— bataqlıq Pripyat çayı boyunca ərazidə yerləşir. Priyat çayının Ukraynanın şimalından və Belarusun cənubundan keçən hissəsində formalaşır. Bataqlıq Belarusun Brest şəhəri ətrafından başlayır və Luninesə qədər olan ərazini əhatə edir. Onun ümumi sahəsi 98 419,5 km² təşkil edir. İnqilaba qədərki ədəbiyyatda Priyatski olaraq adlandırılır. Ərazi Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. Pinski bataqlığı əsasən Poless çökəkliyində yerləşir. Cənubi Belarusun böyük hissəsini, Ukraynanın isə şimal-qərbini əhatə edir. Bataqlıq vadisini Pripyat çayı və onun qolları olan Stır, Qorın, Ubort, Sloveçna (sağ tərəfdən tökülən qollar) və Yaselda, Çna, Sluç, Ptiç (sol tərəfdən tökülən çaylar) çayları tərəfindən kəsilir. Torf və bitki örtüyünün qalınlığı bəzi yerlərdə 6 metrə çatır.
Vasyuqan bataqlığı
Vasyuqan bataqlığı — Dünyanın ən böyük bataqlıqlarından biri. Qərbi Sibirdə, Ob və İrtış çayları arasında, əsasən Tomsk vilayətinin daxilində yerləşən Vasyugan düzənliyinin ərazisində yerləşir. Ərazisinin bir hissəsi Novosibirsk və Omsk, Tümen vilayətləri və Xantı-Mansi muxtar dairəsində yerləşir 2007-ci ildən bəri Vasyuqan bataqlıqları UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olmaq üçün namizəd olmuşdur. Bataqlığın sahəsi 53 min km² (müqayisə üçün: İsveçrənin sahəsi 41 min km²), qərbdən şərqə qədər uzunluğu 573 km, şimaldan cənuba isə 320 km-dir. Vasyuqan bataqlığı təxminən 10 min il əvvəl yaranmış və bu gündə belə davamlı olaraq artmaqdadır. Son 500 il ərzində müasir ərazilərinin 75% formalaşmışdır. Bataqlıqlar bölgədəki təmiz su mənbəyidir (su ehtiyatı 400 km³). Burada 800 minə yaxın kiçik göl var. Bir çox çaylar bataqlıqlardan qaynaqlanır, xüsusən: Ava, Bakçar, Bolşoy Yuqan, Vasyuqan, Demyanka, İksa, Karqat, Kyunqa , Nyurolka, Kiçik Tartaş, Tartaş, Kiçik Yuqan, Om, Parabel, Parbiq, Tara, Tui, Uy, Çay, Çertal, Çizhapka, Çuzyk, Çulym, Şeqarka, Şiş. Bataqlıqda torfun böyük ehtiyatları var.
Viru bataqlığı
Viru (est. Viru raba) — Estoniyanın şimalında, Baltik dənizi yaxınlığında bataqlıq. Viru bataqlığı üst bataqlıq tipinə aiddir. Lahemaa Milli Parkı ərazisində yerləşir. Pudisoo çayının hövzəsinə daxildir. Tallin — Narva magistral yolundan şimalda, Loksa şəhərinin şərqində yerləşir. Viru bataqlığını şam ağacları və böyük olmayan qum dyunləri əhatə edir. Batqlığın təxmini sahəsi 235 hektardır. Viru bataqlığı təxminən 5 min əvvəl mövcud olmuş Viru gölünün bataqlıqlaşması nəticəsində meydana gəlmişdir. Viru gölü buzlaq mənşəli olub buzlağın çəkilməsi nəticəsində meydana gəlmişdir.
Torf mamırları
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkişaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
Torf mamırı

Torf sənayesi
Torf sənayesi — Torf sənayesi- yanacaq sənayesi sahəsi; torf yataqlarının mənimsənilməsini, torfun çıxarılması və emalını əhatə edir. Zəngin torf yataqlan Qərbi Sibirdə və Rusiyanın şimal- qərb hissəsindədir. İrlandiya, AFR-da da torf çıxarılır. Torfdan yanacaq kimi əsasən İrlandiya, AFR və Finlandiyada, digər ölkələrdə isə bağçılıqda, gülçülükdə və tərəvəzçilikdə istifadə edilir. Torf- energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar xeyli ekoloji çətinlik yaranır. Torf bataqlığı-torf əmələgətirici rütubətsevər bitkilərlə örtülü, 30 sm və daha artıq torf layına malik olan bataqlıqlara deyilir. Torf bataqlıqları əsasən mülayim qurşaqlarda yayılmışdır, nadir hallarda tropik qurşaqlarda da torf bataqlığına rast gəlinir. Məsələn, Sumatra adasında yerləşən bataqlıqda torf layının qalınlığı 9 m-ə çatır. Torf yataqlarının xüsusiyyətlərinə və inkişaf üsullarına görə torfun hidravlik, ekskavator, frezləmə, frezləmə-qəlibləmə və digər hasilat üsulları mövcuddur.
Korra əfsanəsi: Torf müharibələri
Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks. == Çap tarixi == Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb.
Avatar: Korra haqqında əfsanə: Torf müharibələri

Avatar: Korra haqqında əfsanə — Torf müharibələri